Dünya

1,4 milyondan çox suriyalı evlərinə qayıtdı


Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox suriyalı öz evlərinə qayıdıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı açıqlama verib. Qurumun sosial media hesabında, “1,4 milyondan çox suriyalı Əsəd rejiminin devrilməsindən bəri illərlə məcburi köçkün həyatı yaşayandan sonra öz evlərinə qayıdıb” – deyə bildirilib. Açıqlamada, onların Suriyada öz həyatlarını yenidən qurmağın asan olmadığı vurğulanıb. Suriyalıların sığınacaq, sağlamlıq, təhsil və dolanışıq da daxil olmaqla bir çox sahədə dəstəyə ehtiyacı olduğu vurğulanıb.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button