DSMF xəbərdarlıq etdi: Dələdüzlar indi də bu yola əl atırlar

AZERFAX.AZ xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, daha sonra istifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur:
“Vətəndaşları diqqətli olmağa və həmin saxta profilli səhifəyə inanmamağa, yalan, şirnikləndirici vədlərə aldanaraq fərdi məlumatları barədə dələduzlara məlumat verməməyə çağırırıq.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur. Kiminsə müdaxiləsi və ya hər hansı bir sosial şəbəkə səhifəsinin köməyi ilə təyinat aparılmır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.