Ölkə

150 min ağac əkdilər – 20 il sonra möcüzə baş verdi

Havay adalarında onilliklər ərzində mal-qara otarılması səbəbindən səhralaşan ərazi 150 mindən çox ağac tinginin əkilməsi ilə yenidən canlanıb.

AZERFAX.AZ xəbər verir ki, Hakalau Milli Vəhşi Təbiət Qoruğunda həyata keçirilən genişmiqyaslı bərpa layihəsi 20 il ərzində ərazinin ekosistemini əhəmiyyətli dərəcədə dəyişib. Məlumata görə, layihə çərçivəsində Havay adalarına məxsus koa ağaclarından 150 mindən çox əkilib və ərazi tədricən yerli flora və fauna üçün əlverişli məkana çevrilib. Ağacların böyüməsi invaziv bitkilərin yayılmasını məhdudlaşdıraraq yerli canlıların geri qayıtmasına şərait yaradıb.

Bildirilir ki, nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir quş növləri əraziyə yenidən qayıdıb. Ekoloqlar layihənin uğurundan sonra daha yüksək ərazilərdə yeni ekoloji dəhlizlərin yaradılmasını planlaşdırırlar. Bu dəhlizlərin nadir quş növlərinin ağcaqanadlardan uzaq və daha sərin ərazilərə köçməsinə imkan verəcəyi qeyd olunur.

Related Articles

Bir cavab yazın

Back to top button