Ölkə

21 yeni peşə təhsili müəssisəsi tikiləcək

Azərbaycanda peşə təhsilinə qəbul 2021-ci illə müqayisədə 2 dəfə artıb, 2030-cu ilədək isə 21 yeni peşə təhsili müəssisəsinin tikilməsi nəzərdə tutulur.

AZERFAX.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazir bildirib ki, 2021–2025-ci illərdə peşə təhsilinə qəbul olunan tələbələrin sayında 70 faiz artım qeydə alınıb. Peşə təhsilinə cəlb olunan qadınların payı isə 39 faizə çatıb.

2026–2030-cu illər ərzində 21 yeni peşə təhsili müəssisəsinin tikintisi, daha 2 müəssisənin əsaslı təmiri planlaşdırılır.

Eyni zamanda, 2026–2027-ci tədris ilindən peşə təhsilində 4 yeni ixtisasın tədrisinə başlanılacaq. Bunlar istixana operatoru, satınalmaların təşkili, geodeziya və kartoqrafiya, eləcə də qida emalı texnologiyaları ixtisaslarıdır.

Bildirilib ki, yeni ixtisasların yaradılması aqrar sektor, sənaye, logistika, tikinti və qida sənayesinin kadr tələbatının ödənilməsinə xidmət edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button