Ölkə

43 yaşlı kişini sel apardı

Balakən sakini, 43 yaşlı kişini sel apardığı ehtimal edilir.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, hadisə rayonun Katex kəndində, Katex çayında qeydə alınıb.

Belə ki, Balakən rayonunun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button