Ölkə

ABŞ İranla anlaşmadan geri çəkilə bilər

ABŞ hakimiyyəti İranla dialoqda vasitəçilərə Vaşinqtonun Tehranla qarşılıqlı anlaşma memorandumunun qüvvəsini bərpa etməyi məqsədəuyğun hesab etmədiyini bildirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ administrasiyası vasitəçilərə dəfələrlə iyunda İranla əldə olunmuş memorandumun şərtlərinə yenidən əməl etməyin Vaşinqtonun maraqlarına uyğun olmadığını bildirib.

Mənbələr qeyd ediblər ki, ABŞ Prezidenti Donald Tramp memoranduma marağını itirib və indi “İranın iqtisadi boğulması” strategiyasının uğur gətirib-gətirməyəcəyini yoxlamaq istəyir.

Bununla yanaşı, vasitəçilər ABŞ-ın memorandumu qüvvədən sala biləcəyindən ehtiyat edərək İranı tələblərini yumşaltmağa inandırmağa çalışırlar.

Mənbələrin sözlərinə görə, ötən həftə Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Münirin Tehrana səfəri gözlənilən nəticəni verməyib. Daha sonra Oman xarici işlər naziri Bədr əl-Busəidinin İrana səfəri də birmənalı nəticə ilə yekunlaşmayıb.

Məlumata görə, Vaşinqton İranla danışıqlarda Tehrana həddindən artıq güzəştlər etdiyi üçün Omanı da tənqid edib.

Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai daha əvvəl bildirib ki, ABŞ Tehran hakimiyyətinin şərtləri yerinə yetirilməyəcəyi təqdirdə İranın Hörmüz boğazına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldıracağını gözləməməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button