Ölkə

ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-ın Bağdad, Beyrut, Küveyt və Manamadakı səfirlikləri Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərginləşə biləcəyi ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

AZERFAX.AZ xəbər verir ki, səfirliklərin yaydığı açıqlamada bildirilib ki, İranın dəstəklədiyi Yəməndəki husilər Səudiyyə Ərəbistanında mülki hava limanı da daxil olmaqla müxtəlif ərazilərə hücumlar həyata keçirib.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma sürətlə genişlənə bilər. Açıqlamada Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin mürəkkəb olduğu və gözlənilməz gərginliyin baş verə biləcəyi vurğulanıb.

ABŞ rəsmiləri regionda olan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Onlardan mümkün uçuşların ləğvi, hava məkanlarının bağlanması və səfərlərdə yaranacaq fasilələrə hazır olmaları istənilib.

Açıqlamada həmçinin İran və onun dəstəklədiyi qrupların ABŞ-la əlaqəli obyektləri hədəfə ala biləcəyi bildirilib. ABŞ-ın diplomatik nümayəndəliklərinin daha əvvəl, o cümlədən Yaxın Şərqdən kənarda da hücumlara məruz qaldığı qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button