Almaniya Kiyevə qarşı “qırmızı xətlərdən” imtina edib

Almaniya Ukraynaya dəstək məsələsində əvvəl müəyyən etdiyi “qırmızı xətləri” faktiki olaraq aradan qaldırıb.
Mətbuat.az xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev “Ukrinform”a müsahibəsində deyib.
Səfir bildirib ki, Almaniyada son illərin əsas narahatlıq mövzusu Rusiyanın mümkün eskalasiyası ilə bağlı qorxudur. Onun sözlərinə görə, Avropa siyasətçiləri özləri üçün “qırmızı xətlər” çəkməkdən imtina etməli, əksinə, bu xətləri Rusiyanın qarşısında müəyyənləşdirməlidirlər.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynadakı münaqişənin həlledici mərhələyə daxil olduğunu və yaranmış vəziyyətdən istifadə edilməsinin vacibliyini bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



