Ölkə
Almanlar ingiliscə yazan futbolçuya “nankor” dedilər

“Qalatasaray”ın ulduz futbolçusu Leroy Sane almaniyalı azarkeşlərin qınağına tuş gəlib. Buna səbəb təcrübəli yarımmüdafiəçinin sosial şəbəkə hesabında ingiliscə paylaşım etməsi olub.
AZERFAX.AZ xəbər verir ki, Almaniya yığma komandasının üzvü olan Sane Dünya Çempionatındakı uğursuz çıxışa görə azarkeşlərdən üzr istəyib. Təcrübəli yarımmüdafiəçi milyonlarla azarkeşi məyus etdiləri üçün dərin kədər içərisində olduqlarını vurğulayıb.
Sanenin sosial şəbəkə hesabında ingilis dilində mətn paylaşması almanları bərk hiddətləndirib. Onlar futbolçunu “nankor” adlandırıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



