Ölkə
Ankara Rusiya-Ukrayna danışıqlarına hazırdır – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Rusiya ilə Ukrayna arasında münaqişənin siyasi yolla həlli üçün danışıqların keçirilməsinə yenidən ev sahibliyi etməyə hazırdır.
Metbuta.az xəbər verir ki, onun sözlərini “Anadolu” agentliyi yayıb.
NATO-nun Ankarada keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında çıxış edən Ərdoğan qeyd edib ki, Türkiyə zərurət yaranacağı təqdirdə tərəfləri yenidən bir masa arxasında toplamağa hazırdır.
“Türkiyə döyüş əməliyyatlarının başa çatdırılması məqsədilə Ukrayna və Rusiyanı yenidən danışıqlar masası arxasında bir araya gətirməyə hazırdır”, – deyə Türkiyə lideri bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



