Ölkə

Astronavtlar açıq kosmosdan qayıtdı

Beynəlxalq Kosmik Stansiyada (MKİ) çalışan iki astronavt sıradan çıxmış rabitə antenasının dəyişdirilməsi üçün açıq kosmosa çıxıb.

AZERFAX.AZ xəbər verir ki, işlərin planlaşdırılandan uzun çəkməsi səbəbindən yeni antenanın quraşdırılması növbəti kosmik çıxışa təxirə salınıb. Bu barədə NASA məlumat yayıb.

NASA astronavtı Anil Menon və Avropa Kosmik Agentliyinin (ESA) fransalı astronavtı Sofi Adeno MKİ-nin Z1 fermasında yerləşən sıradan çıxmış “Space-to-Ground” rabitə antenasını söküblər. Sözügedən sistem stansiya ilə Hyustondakı Missiya İdarəetmə Mərkəzi arasında yüksək sürətli məlumat və rabitə ötürülməsində istifadə olunur.

Lakin sökülmə işlərinin uzun çəkməsi səbəbindən ehtiyat antenanın quraşdırılması mümkün olmayıb. NASA bildirib ki, bu iş növbəti açıq kosmosa çıxış zamanı davam etdiriləcək.

Açıq kosmosa çıxış təxminən 6,5 saat davam edib. Bu, MKİ-nin tikintisi, texniki xidməti və modernləşdirilməsi çərçivəsində həyata keçirilən 282-ci kosmik çıxış olub.

Qeyd edək ki, bu, Sofi Adenonun ilk açıq kosmosa çıxışı olub. Bununla o, kosmosa çıxan ilk fransalı qadın kimi tarixə düşüb.

Hazırda MKİ-də “Expedition 75” missiyası çərçivəsində yeddi nəfərlik ekipaj fəaliyyət göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button