Ölkə

Avropa İttifaqının əhalisi 452 milyona yüksəldi

Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin ümumi əhalisi 2026-cı ilin əvvəlinə 452 milyona yüksəlib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Avropa Statistika Ofisinin (Eurostat) yaydığı hesabatda bildirilib. Məlumata görə, Aİ əhalisi ötən illə müqayisədə 706 min nəfər artıb.

Beləliklə, Covid-19 pandemiyası dövründə qeydə alınan azalmanın ardından Aİ-də əhali artımı ardıcıl beşinci ildir davam edir. Son 10 ildə birlik ölkələrinin əhalisi 8 milyon, son 20 ildə isə 16 milyon nəfər artıb.

Statistikaya əsasən, Aİ-nin ən çox əhalisi olan ölkəsi 83,5 milyon nəfərlə Almaniyadır. Sonrakı yerlərdə 69,1 milyon nəfərlə Fransa, 58,9 milyon nəfərlə İtaliya, 49,6 milyon nəfərlə İspaniya və 36,3 milyon nəfərlə Polşa qərarlaşıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button