İdman

Avropa Kubokunda Azərbaycanı 21 gənc cüdoçu təmsil edəcək

Avropa Kubokunda Azərbaycanı 21 gənc cüdoçu təmsil edəcək.

AZERFAX.AZ xəbər verir ki, iyulun 4-5-də Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək.

Avropa Cüdo Birliyinin təşkil etdiyi turnirdə Azərbaycan 11 çəki dərəcəsində 21 idmançı ilə (14 oğlan, 7 qız) təmsil olunacaq.

Yığmaya oğlanlardan ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qızlardan ibarət komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Turnirdə ümumilikdə 33 ölkədən 470 cüdoçu (299 oğlan, 171 qız) mübarizə aparacaq.

Azərbaycan millisinin heyəti:

Oğlanlar

-60 kq

Ayxan Mirzəzadə

-66 kq

Məhəmməd Musayev

-73 kq

Mehdi Cəfərov

Əbil Yusubov

Səlim Sultanov

-81 kq

Cəsur İbadlı

Mehdi Abbasov

Roman Qarayev

-90 kq

Əli Qazıməmmədov

Süleyman Şükürov

Murad Allahverdiyev

-100 kq

Davud Namazlı

Canpolad Əliyev

+100 kq

Ramazan Əhmədov

Qızlar

-48 kq

Nərgiz Əhmədov

52 kq

Nuranə Hacızadə

Fəridə Mirzəyeva

-57 kq

Xədicə Qədəşova

Aytən Verdiyeva

Vüsalə Hacıyeva

  1. 63 kq

Nilgün Rzayeva

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

 

Related Articles

Bir cavab yazın

Back to top button