İdman

​İstanbulda ilin “bombası”: “Arsenal”ın ulduzu gəlir

Türkiyənin “Beşiktaş” klubu transfer bazarında ilin ən səs-küylü keçidini reallaşdırmağa hazırlaşır.

AZERFAX.AZ yerli mediaya istinadla xəbər verir ki, “qara qartallar” uzun müddətdir arxasınca düşdüyü “Arsenal”ın belçikalı ulduzu Leandro Trossardın transferi üçün London klubu ilə razılıq əldə edib. 31 yaşlı futbolçunun İstanbula gəlişi artıq an məsələsidir.

Səudiyyə Ərəbistanının “Al-Diraiyah” klubunun da rəqib olduğu bu transfer yarışında “Beşiktaş” rəhbərliyi daha cəld tərpənərək işi bitirmək üzrədir. Leandro Trossard keçən mövsüm “Arsenal” forması ilə Premyer Liqada çempionluq sevinci yaşayıb və ümumilikdə 50 matçda 8 qol, 11 ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi son olaraq Belçika millisinin heyətində Yeni Zelandiyaya qarşı keçirdiyi oyunda 2 qol və 1 məhduldar ötürmə ilə diqqətləri yenidən üzərinə çəkib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button