Ölkə
Azərbaycan Kot-d’İvuarı təbrik etdi


Azərbaycanın Xarici İşlər Nazirliyi (XIN) Kot-d’İvuar hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
AZERFAX.AZ xəbər verir ki, müvafiq təbrik Azərbaycan XIN-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşılıb:
“Müstəqillik Günü münasibətilə Kot-d’İvuar Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərimizi çatdırırıq. Müstəqillik Gününüz mübarək!”.



