Ölkə

Azərbaycan millisi Latviyaya böyük hesabla uduzdu

Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti oyununu keçirib.

AZERFAX.AZ xəbər verir ki, XII qrupda yer alan yığmamız Bakı İdman Sarayında Latviya millisi ilə qarşılaşıb. Görüş rəqib komandanın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl səfərdə Çexiyaya 1:2 hesabı ilə uduzub, Lənkəranda keçirilən görüşdə isə həmin rəqiblə 2:2 hesablı heç-heçə edib.

Related Articles

Bir cavab yazın

Back to top button