Azərbaycan Qran-prisində xarici azarkeşlər kimi qalıb görür?- SORĞU


Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-prisi dünyanın müxtəlif ölkələrindən gələn azarkeşlərin böyük marağına səbəb olub.
Yarış həftəsonu üçün paytaxta gələn F1 həvəskarları AZERFAX.AZ-a favorit komandaları və pilotları ilə bağlı fikirlərini bölüşüblər.
Amerikadan Bakıya gələn azarkeşlərdən biri ilk mərhələdə müəyyən problemlərin yaşanmasına baxmayaraq, favoritinin güclü mübarizə aparacağına inandığını bildirib. O, Lyuis Hamiltonu dəstəklədiyini qeyd edib:
“İlk mərhələdə müəyyən problemlər yaşasalar da, düşünürəm ki, bunun öhdəsindən gələcəklər və güclü çıxış edəcəklər. Mənim favorit pilotum Hamiltondur”.
Rusiyadan ölkəmizə gələn azarkeş isə Azərbaycan Qran-prisində “Mercedes”in şanslarına inandığını deyib. O, xüsusilə gənc pilot Kimi Antonellinin çıxışlarını bəyəndiyini vurğulayıb:
“Düşünürəm ki, bu yarışı ‘Mercedes’ qazanacaq. Favorit pilotum Antonellidir. Gənc olmasına baxmayaraq, çox uğurlu karyera qurur və ona inanıram”.
Bakıda yarış həyəcanını yaşayan digər F1 həvəskarı isə “Williams” komandasını və Karlos Saynsı dəstəklədiyini bildirib:
“Mənim favorit komandam ‘Williams’dır. Karlos Saynsın azarkeşiyəm və favorit pilotum da məhz odur”.
Qeyd edək ki, azarkeşlərin fərqli seçimləri Azərbaycan Qran-prisinin yaratdığı rəngarəng atmosferi də əks etdirir. Bakı Şəhər Halqasında müxtəlif komandaların rənglərinə bürünən F1 həvəskarları yarış həftəsonunun həyəcanını birlikdə yaşayırlar.



