Ölkə

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur və ölkə üzrə bütün təhsil müəssisələrində 2026-2027-ci tədris ilinə start verilir.

AZERFAX.AZ xəbər verir ki, yeni tədris ilində Azərbaycanda 2,2 milyon nəfərin təhsil alacağı gözlənilir. Onlardan 130 mindən çoxu ilk dəfə məktəbə qədəm qoyaraq 1-ci sinifdə təhsil alacaq.

Ali təhsilin bütün səviyyələri üzrə isə yeni tədris ilində 75 min tələbə qəbul olunub.

Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, bu il ümumi təhsil müəssisələrində II–XI siniflər üçün ilk dərs “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr ediləcək.

AZERFAX.AZ kollektivi yeni tədris ilinin bütün şagird və tələbələr üçün uğurlu keçməsini arzulayır.

Related Articles

Bir cavab yazın

Back to top button