Ölkə

​”Azərbaycanda döyüşmək mənə əlavə motivasiya verir”

“Azərbaycanda UFC-nin keçirilməsi, əlbəttə ki, böyük hadisədir. Öz vətənimdə döyüşmək mənə əlavə motivasiya verir. Döyüş gecəsini səbirsizliklə gözləyirəm”.

AZERFAX.AZ-ın məlumatına görə, bunu Fərman Həsənov UFC-nin döyüşöncəsi media günündə jurnalistlərə açıqlamasında bildirib.

“Özümü çox yaxşı hiss edirəm, hər şey plan üzrə gedir. Daha çox özümə və hazırlığıma fokuslanmışam. Rəqib təcrübəli döyüşçüdür. Onun döyüşlərini analiz etmişik. İnşallah, qələbə bizimlə olacaq”.

F.Hacıyev hədəflərindən də bəhs edib:

“İlk hədəfim UFC-yə düşmək idi. Bundan sonrakı məqsədim isə UFC çempionu olmaqdır. Əlbəttə, bu, zaman tələb edən bir prosesdir. Mənim çıxış etdiyim divizion ən maraqlı və ən çətin divizionlardan biridir. Rəqibdən daha çox özümüzə fokuslanırıq”.

O qeyd edib ki, rəqibin kim olmasının fərqi yoxdur, əsas məsələ öz üzərimizdə işləməkdir:

“Rəqib daha çox ayaqüstü döyüş nümayiş etdirir. Düşünürük ki, onun güləş tərəfi nisbətən zəifdir. Bizdə isə həm ayaqüstü döyüş, həm də güləş komponenti daha yaxşı səviyyədədir”.

Qeyd edək ki, bu, onun UFC-də ilk döyüşü olacaq. O, iyunun 27-də Erik Nolanla qarşılaşacaq.

Sevinc İbrahimzadə / AZERFAX.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button