Ölkə
Azərbaycanda futbolçu faciəvi şəkildə vəfat etdi


“Şamaxı” klubuna ağır itki üz verib.
AZERFAX.AZ xəbər verir ki, klubun formasını geyinən Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb, mərhuma Allahdan rəhmət dilənib, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib. Onun ölüm səbəbi ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, adıçəkilən futbolçu “Şamaxı”nın U-13 komandasının üzvü olub.



