Azərbaycanın axtarışa verdiyi 7 türkiyəli

Xəbər verdiyimiz kimi, Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş çağırışlarla bağlı cinayət işi üzrə Türkiyədə yaşayan 7 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib və beynəlxalq axtarışa verilib.
AZERFAX.AZ həmin şəxslərin fotolarını təqdim edir.
1961-ci il təvəllüdlü, “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya

1981-ci il təvəllüdlü, “Köklü Değişim” nəşrində yazıçı, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan);

1976-cı il təvəllüdlü, “Analiz Merkezi” internet resursunun təsisçisi və “Fatih Tezcan”la Analiz Merkezi” proqramının müəllifi Fatih Tezcan;

1971-ci il təvəllüdlü, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri Ahmet Şanlı;

1971-ci il təvəllüdlü araşdırmaçı Fahrettin Taşkaya Saral;

1975-ci il təvəllüdlü, “Abdurrahman Tumer” adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer

Moderator və idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkulu

Qeyd edək ki, onların barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə qiyabi qaydada həbs qətimkan tədbiri seçilib.



