Ölkə

Azərbaycanın cənub bölgəsində zəlzələ oldu.

Azərbaycanın cənub bölgəsində baş verən zəlzələ Yardımlı və Lerikdə hiss edilib. AZERFAX.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə  Lerik 4, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. 

Lerik rayonunda saat 07:49-da zəlzələ qeydə alınıb. Yardımlı stansiyasından 11 kilometr cənub-şərqdə qeydə alınana zəlzələ 4 maqnitudalı olub.

Zəlzələ ocağı Yerin 15 kilometr dərinliyində yerləşib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button