Ölkə

Azərbaycanlı tələbə Gürcüstanda həlak oldu

Gürcüstanda azərbaycanlı qız bədbəxt hadisə nəticəsində həyatını itirib.

AZERFAX.AZ Gürcüstan mediasına istinadən xəbər verir ki, Saqareco bələdiyyəsinin 19 yaşlı Yormuğanlı kənd sakini Lamiyə Allahverdiyeva yaşadığı evin mətbəxində qaz sızması səbəbindən baş verən partlayışda həlak olub.

Belə ki, partlayış nəticəsində ağır yanıq xəsarətləri alan gənc qız dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, aldığı ağır xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, Lamiyə Allahverdiyeva Tbilisidəki İlia Dövlət Universitetinin Elm və İncəsənət fakültəsinin “Gürcü dili, ikinci dil kimi və inteqrasiya proqramı” ixtisasının tələbəsi olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button