Ölkə

Aziz Yıldırım istefa verəcəyini açıqladı

“Fənərbaxça” prezidenti Aziz Yıldırım mövsümün sonunda istefa verəcək.

AZERFAX.AZ xəbər verir ki, Yıldırım bu barədə jurnalist Ferudun Niğdelioğlu ilə söhbəti zamanı danışıb. Türkiyə KİV-lərinin məlumatına görə, o, klubun nəticələrindən asılı olmayaraq vəzifəsini tərk edəcək. Klub rəhbəri İsmail Kartalla bağlı məsələyə də aydınlıq gətirib və təcrübəli çalışdırıcının postunda qalacağını deyib. Yıldırım “Fənərbaxça”nın Çempionlar Liqasına vəsiqə qazanmasını da dəyərləndirərək, bunun mövsümün əvvəlində qarşıya qoyulan hədəflərdən biri olduğunu qeyd edib.

Məlumata görə, prezident komandanın hazırkı durumunun ideal olmadığını etiraf etsə də, Avropanın əsas klub turnirində daha yaxşı nəticələrə ümid etdiyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button