Ölkə

Bələdiyyə binasında ölənin kimliyi bilindi

Göygöldə bələdiyyə binasında meyit tapılıb.

AZERFAX.AZ-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Göygöl rayon Çaykənd Bələdiyyəsinin mühasibi 1963-cü il təvəllüdlü Sovda Orucovun iş otağında cansız bədəni aşkar edilib.

63 yaşlı şəxsin meyitini iş saatından sonra elə iş yoldaşları görüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button