Bakı metrosunda “Wi-Fi” quraşdırılacaq? – RƏSMİ

Artıq bir çox ölkədə metroda pulsuz internetə qoşulmaq mümkündür. Moskva, Seul və Pekin kimi şəhərlərdə həm stansiyalarda, həm də qatarların içində Wi-Fi quraşdırılıb. Nyu-York, London və Toronto kimi şəhərlərdə isə əsasən stansiyalarda mövcuddur.
Bakı metrosunda Wİ-Fİ quraşdırılması məsələsi də bir neçə dəfə gündəmə gətirilib, lakin nəticəsiz qalıb. Hazırda metro stansiyalarında təmir-bərpa işləri gedir. Bəs metroya internet çəkilməsi planlaşdırılıb?
“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən AZERFAX.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, metropolitendə Wİ-Fİ şəbəkəsinin tətbiqi məsələsinə texniki, infrastruktur və digər amillər nəzərə alınmaqla aparılan dəyərləndirmələrin nəticələrinə uyğun şəkildə baxılacaqdır.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.