Ölkə

Bakıda məşhur restoranda kütləvi zəhərlənmə olub.

Bakıda toyda kütləvi zəhərlənmə baş verib. AZERFAX.az “teleqraf.az”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən “Venesiya” şadlıq sarayında qeydə alınıb.

Zəhərlənənlərin hər biri Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Zəhərlənənlər arasında qonaqlarla yanaşı toyda oxuyan müğənnilərin də olduğu bildirilir.


KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, 19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

“Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb”, – deyə o əlavə edib.

Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button