Bakının bu yollarında tıxac yarandı


Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
2. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
5. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
6. Dənizkənarı küçəsi, Bayraq meydanının qarşısından Azneft dairəsi istiqamətində;
7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
8. Zərifə Əliyeva küçəsində;
9. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində;
10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
12. Babək prospekti, mərkəz istiqamətində;
13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.



