Ölkə

Bakının işğaldan azad edilməsindən 108 il ötür

108 il əvvəl bu gün Bakının taleyində mühüm dönüş baş verdi.

AZERFAX.AZ xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan qoşunlarının birgə əməliyyatı nəticəsində paytaxt bolşevik-daşnak qüvvələrindən azad edildi.

Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yeni yaradılmışdı və Bakıda bolşevik-daşnak qüvvələri hakimiyyəti nəzarətdə saxlayırdı. Azərbaycanın müxtəlif bölgələrində baş verən qanlı hadisələr fonunda Bakının azad edilməsi əsas hədəflərdən birinə çevrilmişdi.

Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Milli Ordusunun bölmələri ilə birlikdə Göyçay yaxınlığında bolşevik-daşnak qüvvələrini məğlub etdikdən sonra Bakıya doğru irəliləyib.

Ordu birləşmələri Şamaxı, Kürdəmir və digər yaşayış məntəqələrini azad etdikdən sonra sentyabrın 15-də Bakıya daxil olub. Günorta saatlarına qədər davam edən döyüşlərin ardından şəhər işğaldan azad edilib.

Sentyabrın 16-da isə Bakıda Qafqaz İslam Ordusu və Azərbaycan qoşunlarının rəsmi paradı keçirilib.

Bu hadisələrin xatirəsinə Bakıda türk əsgərinin şərəfinə abidə, Şamaxıda isə şəhid olmuş türk əsgərlərinin xatirəsinə qəbirüstü abidə ucaldılıb.

Related Articles

Bir cavab yazın

Back to top button