Bakının mərkəzindəki yanğın söndürüldü – VİDEO / YENİLƏNİB

Bakının “28 May” metrosu yaxınlığında mağazada baş vermiş yanğın söndürülüb.
Bu barədə AZERFAX.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Yanğının qısa müddət ərzində söndürüldüyü bildirilib.
***
17 Mart, 00:10
Bakıda “28 May” metrosu yaxınlığında mağazada yanğın baş verib.
AZERFAX.AZ musavat.com-a istinadən xəbər verir ki, hazırda Bakının “28 May” metrosu yaxınlığında, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Birinci Korpusu ilə üzbəüz yerləşən mağazada yanğın baş verir.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb edilib. İlkin məlumata görə, yanğının səbəbi hələlik bilinmir.
Hazırda yanğının tam söndürülməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində işlər aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.