Ölkə

Millimiz Çexiya ilə heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. B qrupunda yer alan millimiz Çexiya yığması ilə qarşılaşıb.

AZERFAX.AZ xəbər verir ki, “Əlincə Arena”da keçirilən görüşdə qalib müəyyənləşməyib və oyun 1:1 hesabı ilə başa çatıb.

Komandamızın heyətində qolu Eşqin Əhmədov vurub.

Qeyd edək ki, U-21 millimiz qrupda növbəti oyununu sentyabrın 30-da səfərdə Şotlandiya yığmasına qarşı keçirəcək.

Related Articles

Bir cavab yazın

Back to top button