Ölkə

“Barselona” ulduz futbolçunu transfer etdi

“Barselona” və “Borussiya Dortmund” Kərim Adeyeminin transferi ilə bağlı razılıq əldə ediblər.

AZERFAX.AZ xəbər verir ki, Kataloniya klubu alman hücumçunun keçidi üçün 22 milyon avro sabit ödəniş edəcək. Müqavilədə əlavə olaraq 7 milyon avro məbləğində bonuslar da nəzərdə tutulub. Beləliklə, transferin ümumi dəyəri 29 milyon avroya çata bilər. Məlumata görə,almaniyalı futbolçu həm sol cinahda, həm sağ cinahda, həm də mərkəz hücumçusu mövqeyində çıxış edə bilir.

Qeyd edək ki, Kərim Adeyeminin “Borussiya Dortmund”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatırdı. Alman klubu futbolçunu 2022-ci ildə “Zaltsburq”dan transfer etmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button