Ölkə

“Beşiktaş”dan Vlahoviç üçün təklif

“Beşiktaş” yeni mövsüm öncəsi transfer çalışmalarını sürətləndirib. İstanbul təmsilçisi heyətini gücləndirmək məqsədilə “Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviç üçün rəsmi təklif irəli sürüb.

AZERFAX.AZ xəbər verir ki, “Beşiktaş” rəhbərliyi 25 yaşlı forvarda 3 illik müqavilə təklif edib. Klub prezidenti Sərdar Adalının birbaşa nəzarət etdiyi danışıqlarda baş məşqçi Vinçenso İtaliano da fəal iştirak edir.

Bildirilir ki, italiyalı mütəxəssis Vlahoviçlə bir neçə dəfə görüşərək klubun iddiaları və gələcək planları barədə ətraflı məlumat verib.

Məlumata görə, serbiyalı futbolçu “Beşiktaş”ın marağından məmnun qalıb. Bununla belə, karyerası ilə bağlı mühüm qərar verməzdən əvvəl düşünmək üçün əlavə vaxt istəyib.

Qeyd olunur ki, Vlahoviç uzunmüddətli hədəfləri olan komandada çıxış etməyə üstünlük verir və indiyədək “Beşiktaş”ın təklifi səviyyəsində başqa rəsmi təklif almayıb.

Tərəflər arasında danışıqlar davam edir. Klub rəhbərliyi transferin baş tutması üçün bütün imkanları səfərbər edib. Vlahoviçin yekun qərarını iyul ayının sonunadək açıqlayacağı gözlənilir. “Beşiktaş” isə transferin reallaşacağı təqdirdə, hücumçunu yeni mövsümün hazırlıq düşərgəsinə çatdırmağı planlaşdırır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button