Boranı dənəsinin faydaları


Boranı dənələri tərkibindəki faydalı maddələrə görə sağlam qidalanmada istifadə olunan məhsullardan biridir. Onlar zülal, faydalı yağlar, lif, vitamin və minerallarla zəngindir.
AZERFAX.AZ xəbər verir ki, boranı dənələrinin tərkibində maqnezium, sink, dəmir və fosfor kimi mineralların olduğu bildirilir. Bu maddələr orqanizmin normal fəaliyyətində, xüsusilə enerji mübadiləsi və immun sisteminin fəaliyyətində mühüm rol oynayır.
Boranı dənələrindəki faydalı yağlar və antioksidant birləşmələr ürək-damar sağlamlığının qorunmasına dəstək ola bilər. Tərkibindəki lif isə həzm sisteminin normal fəaliyyətinə kömək edir və uzun müddət toxluq hissi yarada bilər.
Bundan əlavə, boranı dənələri bitki mənşəli zülal mənbəyi kimi qidalanmaya daxil edilə bilər. Qovrularaq qəlyanaltı kimi, salatlara və müxtəlif yeməklərə əlavə edilərək istifadə olunur.



