Britaniya iqtisadiyyatında trilyonluq itki

10 il əvvəl Avropa İttifaqından çıxan Böyük Britaniyanın iqtisadi zərərləri müzakirə edilir.
AZERFAX.AZ xəbər verir ki, araşdırmalara əsasən, Böyük Britaniyanın Avropa İttifaqı ilə illik ticarət dövriyyəsi təxminən 860 milyard funt-sterlinq təşkil edir və qurum ölkənin ən böyük ticarət tərəfdaşı olaraq qalır. Böyük Britaniyanın ümumi ixrac və idxalı 1,9 trilyon funt-sterlinqə çatır, ixrac 941 milyard, idxal isə 989 milyard funt-sterlinq səviyyəsindədir. Büdcə Planlaşdırma Ofisi və digər qurumların hesablamalarına görə, Brexit ölkə iqtisadiyyatını 4–8 faiz kiçildib və artım tempini zəiflədib.
Ekspertlər həmçinin investisiyaların 10–18 faiz, məşğulluğun isə 3–4 faiz azalmasını Brexit-in yaratdığı qeyri-müəyyənliklə izah edirlər. İqtisadçılar hesab edirlər ki, Brexit nəticəsində Böyük Britaniya iqtisadiyyatı potensialından trilyon funt-sterlinq səviyyəsində itki ilə üzləşib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



