Bu 3 bürcün həyatında dönüş olacaq


Astroloqların avqust ayı ilə bağlı proqnozlarına görə, bəzi bürclər üçün karyera, münasibətlər və şəxsi inkişaf sahəsində mühüm yeniliklər gözlənilir.
AZERFAX.AZ xəbər verir ki, planetlərin hərəkəti Əqrəb, Əkizlər və Dolçalar üçün fərqli istiqamətlərdə dəyişikliklər vəd edir.
Əqrəb
Astroloqların proqnozuna görə, Əqrəblər üçün karyera və ictimai nüfuz baxımından uğurlu dövr başlayır. Yeni iş təklifi, vəzifə artımı və ya peşə sahəsində dəyişiklik gündəmə gələ bilər.
Əkizlər
Əkizlər üçün ünsiyyət, təhsil və yeni layihələr ön plana çıxacaq. Astroloqlar rəqəmsal layihələr, media sahəsi və səyahətlərlə bağlı yeni imkanların yarana biləcəyini bildirirlər.
Dolça
Astroloqların fikrincə, Dolçaların diqqəti münasibətlər və tərəfdaşlıqlara yönələcək. Şəxsi həyatda ciddi qərarlar, iş həyatında isə yeni əməkdaşlıq və müqavilələr gündəmə gələ bilər.



