Ölkə

Bu rayonda əməliyyat keçirildi – Saxlanılanlar var

Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar.

Onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button