Ölkə

Bu tarixdə “Qanlı Ay” tutulması baş verəcək

Avqustun 28-də 2026-cı ilin mühüm astronomik hadisələrindən biri – dərin qismən Ay tutulması baş verəcək.

AZERFAX.AZ xəbər verir ki, “Qanlı Ay” adlandırılan hadisə zamanı Yerin kölgəsi Ayın təxminən 96 faizini örtəcək və Ayın bir hissəsi qırmızımtıl rəng alacaq.

Tutulma Türkiyədən də müşahidə edilə biləcək. Hadisənin yarımkölgəli mərhələsi Türkiyə vaxtı ilə saat 04:23-də, qismən tutulma isə 05:33-də başlayacaq. Tutulmanın maksimum mərhələsi 07:12-də baş verəcək. Lakin bu vaxt Türkiyədə Ay artıq üfüqdən aşağıda olacaq.

Bu səbəbdən Türkiyədə müşahidəçilər tutulmanın yalnız Ay batana qədər davam edən hissəsini görə biləcəklər. İstanbulda qismən tutulmanın başlanğıcı saat 05:33-ə, Ayın batması isə təxminən 06:29-a təsadüf edəcək.

Astronomlar hadisəni müşahidə etmək istəyənlərə qərb-cənub-qərb istiqamətində, üfüqü açıq ərazilərə üstünlük verməyi tövsiyə edirlər.

Qeyd edək ki, Ay tutulması zamanı xüsusi qoruyucu eynəklər tələb olunmur. Hadisəni adi gözlə izləmək mümkündür, teleskop və ya durbin isə görüntünü daha detallı müşahidə etməyə imkan verir.

Related Articles

Bir cavab yazın

Back to top button