Ölkə

Bunu edənləri böyük məbləğdə cərimə gözləyir

Azərbaycanda qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə qanunla qadağa qoyulub.

Nazirlər Kabinetinin 522 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir.

AZERFAX.AZ xəbər verir ki, Xəzər Tv-yə danışan millət vəkili Razi Nurullayev deyir ki, bu qərar qəbiristanlıqlarda torpaq sahələrinin daha səmərəli və ədalətli bölüşdürülməsinə, eləcə də bu sahədə qeyri-rəsmi satışın qarşısının alınmasına yönəlib.

Onun fikrincə, bu məsələ cəmiyyətdə yalnız inzibati qaydalar çərçivəsində qiymətləndirilmir. Çünki bir çox şəxslər yaxınlarının, xüsusilə həyat yoldaşlarının yanında dəfn olunmalarını istəyirlər. Bu səbəbdən də qanunda yalnız bir istisna nəzərdə tutulub. Vəfat etmiş şəxsin həyat yoldaşı yazılı müraciət etməklə onun qəbrinin yanında yerləşən qonşu qəbir yerini əvvəlcədən rezervasiya edə bilər.

Müəyyən edilmiş tələbi pozanlar 500 manatdan 1000 manatadək cərimə edilə bilərlər.

Related Articles

Bir cavab yazın

Back to top button