Ölkə

Cəbrayılda minaya düşən şəxsin atası da partlayışda yaralanıb

Cəbrayılda ikinci mina partlayışı olub. Belə ki, mina partlayışı zamanı xəsarət alan Qəhrəmanov Orxan Əşrəf oğlunun atası Əşrəf də mina partlayışı zamanı yaralanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 2026-cı il 8 oktyabr tarixində 2-ci mina partlayışı hadisəsi baş verib.

Qeyd edək ki, bir müddət öncə Qəhrəmanov Orxan Əşrəf oğlunun minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Qəhrəmanov Əşrəf xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır:

“ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”.

Related Articles

Bir cavab yazın

Back to top button