Ölkə
Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başladı


Cəlilabad rayonu ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub.
Yanğın baş verən ərazidə quru ot kütləsi üstünlük təşkil etdiyi üçün yanğın genişlənməkdə davam edir.



