Ölkə

Cəmi 51 nəfərin yaşadığı adada 34 ildən sonra ilk

Şotlandiyanın ucqar Şimal Ronaldsay adasında 30 ildən sonra ilk dəfə körpə dünyaya gəlib.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, Dunkan Uaylder Torşteyn Treyl Suares Ford sentyabrın 15-də anadan olub. Bu, adada 34 ildən sonra qeydə alınan ilk doğuşdur.

Orkney adalarının ən şimalında yerləşən Şimal Ronaldsay adasının uzunluğu 4,8 kilometr, eni isə 3,2 kilometrdir. Körpənin anası Elis Treyl Ford bildirib ki, ailə əvvəlcə doğuşun Kosta-Rikada baş tutmasını planlaşdırıb. Lakin adaya gəldikdən sonra planlarını dəyişərək körpənin məhz burada dünyaya gəlməsinə qərar veriblər.

Hazırda adada 51 nəfərin yaşadığı bildirilir. Körpənin doğulmasından sonra ada sakinləri ailəni xüsusi mərasimlə qarşılayıb və bu hadisəni böyük sevinclə qeyd ediblər.

Adada xəstəxana və həkim yoxdur, yalnız bir tibb bacısı fəaliyyət göstərir. Orkney adalarının əsas hissəsinə qayıqla getmək təxminən 2 saat 40 dəqiqə çəkir. Məhz bu səbəbdən adada uzun müddət doğuşların qeydə alınmamasının əsas səbəbi kimi tibbi xidmətlərin məhdudluğu göstərilir.

Related Articles

Bir cavab yazın

Back to top button