Çempionlar Liqası: “Sabah” Finlandiya klubunu məğlub edib


Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” II təsnifat mərhələsində ilk oyuna çıxıb.
AZERFAX.AZ xəbər verir ki, Bakı klubu Bakıda Finlandiyanın KuPS komandasını qəbul edib.
“Bank Respublika Arena”da keçirilən görüş Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində “Orxus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.
21.42
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah” və Finlandiyanın KuPS komandaları arasında keçirilən ilk oyunda ikinci hissə başlayıb.
AZERFAX.AZ xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüşün ilk yarısından sonra Azərbaycan təmsilçisi hesabda öndədir – 1:0. Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində “Orxus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.
20:52
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah” və Finlandiyanın KuPS komandaları arasında keçirilən ilk oyunda birinci hissə başa çatıb.Azərbaycan təmsilçisi “Bank Respublika Arena”da oynanılan görüşdə fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb. Bakı klubunun heyətində qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində “Orxus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq
20.42
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah” və Finlandiyanın KuPS komandaları arasında ilk oyun başlayıb.
AZERFAX.AZ xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən qarşılaşma saat 20:00-da start götürüb. Matçı polşalı FIFA referisi Lukaş Kuzma idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində “Orxus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq



