Ölkə

Çempionlar Liqası: “Sabah” “Hapoel”ə məğlub olur

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında cavab oyununda hesab açılıb.

AZERFAX.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 10-cu dəqiqəsində rəqibin heyətində İqor Zlatanoviç fərqlənib – 1:0.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

21.20

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında cavab oyunu başlayıb.

Mətbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:45-də start götürüb.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

20.18

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) qarşılaşmasının start heyətləri açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

“Hapoel”: Ofir Marsiano, Pedro Amator, İtay Rotman, Migel Vitor, Qay Mizrahi, Eliel Perets, Lukas Ventura, Niv Yehoşuha, Zahi Ahmad, Ceyvon İst, İqor Zlatanoviç.

Baş məşqçi: Ran Kojux.

“Sabah”: Stas Pokatilov, Stiv Solve, Rəhman Daşdəmirov, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Ksander Severina, Coy-Lens Mikels.

Baş məşqçi: Valdas Dambrauskas.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Hapoel” matçı saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Related Articles

Bir cavab yazın

Back to top button