Ölkə

Çin və ABŞ arasındakı razılaşmanın detalları

ABŞ və Çin arasında hər iki ölkənin 30 milyard dollar dəyərində məhsul idxalını əhatə edən gömrük rüsumlarının azaldılması ilə bağlı razılaşmanın detalları açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, tərəflər qarşılıqlı ticarətdə güzəştlərin tətbiqi məqsədilə həssas hesab edilməyən məhsulların siyahısının hazırlanması və bu istiqamətdə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. Razılaşma çərçivəsində ABŞ-nin Çindən idxal edəcəyi məhsullar arasında mikrodalğalı sobalar, qəhvə maşınları, təraş aparatları, ütülər və digər məişət əşyaları yer alır.

Çin isə ABŞ-dən mal-qara, qoyun və quş əti, bəzi dəniz və süd məhsulları, eləcə də tibbi avadanlıqlar idxal edə biləcək. Məlumata görə, gələcəkdə gömrük rüsumlarının azaldılması ilə bağlı qərarlar hər iki ölkənin daxili hüquqi prosedurlarına uyğun qəbul ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button