Ölkə
Dələduzluğa görə axtarılan 7 nəfər saxlanıldı


Azərbaycanda dələduzluq əməlləri ilə bağlı axtarışa verilən şəxslərdən bəziləri saxlanılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşlarının oktyabrın 9-u keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Müvafiq tədbirlər davam etdirilir.



