Ölkə

Dilarə Səlim işdən ayrılması barədə iddialara cavab verdi

Mədəniyyət TV-nin rəhbəri Dilarə Səlim mediada AzTV-dən ayrılmasına dair yayılan məlumata münasibət bildirib.

AZERFAX.AZ xəbər verir ki, o, iddiaları təkzib edib:

“Mənim “Mədəniyyət” kanalından ayrılmağım yalandır. Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri-etikdir, qeyri-peşəkarlıq və məsuliyyətsizlikdir”.

***

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Mədəniyyət kanalında rəhbər vəzifədə dəyişiklik baş verib.

AZERFAX.AZ Konkret.az-a istinadən xəbər verir ki, AzTV sədri Rövşən Məmmədovun əmri ilə Mədəniyyət kanalının direktoru Dilarə Səlimova vəzifəsindən azad edilib.

Onun yerinə isə indiyədək sədrin köməkçisi vəzifəsində çalışan Həmidağa Əsədzadə təyin olunub.

Rəhbər dəyişikliyinin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Təyinatın hansı tarixdən qüvvəyə mindiyi barədə də məlumat açıqlanmayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button