Siyasət

Əli Əsədov seneqallı nazirlə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukal ilə görüşüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Seneqalla əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub.

O.Bukalın səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan-Seneqal əlaqələrinin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button