Ən populyar emoji bəlli oldu


Dünyada ən çox istifadə edilən emoji bəlli olub.
AZERFAX.AZ xəbər verir ki, “Google”un paylaşdığı məlumatlara görə, üzündən yaş axan ağlayan üz emojisi dünya üzrə ən populyar simvola çevrilib. Bildirilir ki, bu emoji əvvəllər əsasən kədər və ağrını ifadə etmək üçün istifadə edilsə də, hazırda gülməli və absurd vəziyyətlərə reaksiya bildirmək üçün də geniş işlədilir. Xüsusilə 30 yaşdan aşağı istifadəçilər arasında kəllə emojisi gülüş və əyləncəli reaksiyanın ifadəsinə çevrilib.
Məlumata görə, gənclər ənənəvi gülən üz emojisi əvəzinə solmuş gül, dua edən əllər və digər simvollara da üstünlük verirlər. 2021-ci ildə 482-ci sırada olan Moai heykəli emojisi isə 2026-cı ildə 33-cü pilləyə yüksəlib. Bu dəyişiklik emojilərin rəqəmsal ünsiyyətdə yeni mənalar qazandığını göstərir.



