Ölkə
Fars körfəzində ne baş verir ?

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fars körfəzindəki ərazi sularında gəmiyə hücum edilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “ADNOC Logistics & Services” şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasına əsasən, hadisə noyabrın 10-da günorta saatlarında baş verib. Hücum nəticəsində şirkətə məxsus gəmilərdən biri zədələnib.
Bildirilib ki, hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün ixtisaslaşmış qruplar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Hücumun səbəbləri və gəminin hansı şəraitdə zədələnməsi barədə əlavə məlumat açıqlanmayıb.
Qeyd edək ki, “ADNOC Logistics & Services” Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) strukturuna daxil olan və enerji sektorunda dəniz logistikası xidmətləri göstərən şirkətdir.



